AZ

Şirniyyat sevənlərə SÜRPRİZ

 

Bu günün əsas qayğılarından biri hər kəsi, xüsusən də uşaqları və yaşlıları şirniyyatdan uzaq tutmaqdır. Çünki, çox miqdarda şirniyyat qəbuli insan orqanismində fəsadlar törədir. Təsadüfi deyil ki, dünya alimləri şirniyyatların ziyanını minimuma endirmək üçün daim axtarışdadırlar.

Bu günlərdə Çin və Braziliyadan olan tədqiqatçılar beynin şirniyyatlara reaksiyasını müqayisə edib və ona ən “uyğun olanı” müəyyənləşdiriblər.

Əvvəlki araşdırmalar göstərib ki, şirniyyat yemək həm insanın sağlamlığına, həm də başqalarının onu necə qəbul etməsinə mənfi təsir göstərə bilər. Elmi nəzəriyyəyə  görə, yüksək miqdarda sürətli karbohidratlar ciddi fiziki və ruhi xəstəliklərə səbəb olur. Səhər yeməyi üçün şirniyyatlar isə əks cinsin nümayəndələrinin gözündə insanları daha az cəlbedici edir. Şirinləşdiricilər, həddindən artıq istehlak edildikdə zərərli ola bilsələr də, daha az kalorilidirlər.

Şanxay Elm və Texnologiya Universiteti (Çin), Henan Texnologiya Universiteti (Çin), Çin Elmlər Akademiyası, Sao Paulo Universiteti (Braziliya) və Quançjou Cənubi Tibb Universitetinin (Çin) tədqiqatçıları siçanların beyninin müxtəlif şirniyyatlara necə reaksiya verdiyini müqayisə ediblər.

Təcrübədə ​​səkkiz həftəlik 150 siçan iştirak edib və onlar hər birində 25 gəmirici olmaqla altı qrupa bölünüblər. Nəzarət qrupunda olan siçanlar müxtəlif şirniyyat kombinasiyası ilə, digərləri isə şəkər, steviya, ksilitol, qlikirrizin və ya maqrosid ilə qidalandırılıb.

Beynin hər bir şirniyyata  və ya onların qarışığına reaksiyasını izləmək üçün alimlər real vaxt rejimində talamusun paraventrikulyar nüvəsində neyronların fəaliyyətini qeydə alıb, hüceyrələrdəki kalsiumun səviyyəsini izləyiblər. Steviyaya cavab olaraq qeydə alınan fəaliyyət beynin şəkərə reaksiyasına bənzəyirdi. Bu o deməkdir ki, steviya beyinə ən uyğundur və şəkərin qəbul edilən dadını tutmaqda digər məşhur dadlandırıcılardan daha yaxşıdır.

"Bu, steviyanın beyin üçün ən sağlam şəkər əvəzedicisi olma potensialına malik olduğunu göstərir. Buna görə də, müvafiq qida və içki sənayesində steviyaya daha çox diqqət yetirilməlidir"- deyə alimlər izah edir.

Gələcəkdə alimlər insan beyninin müxtəlif şirniyyatlara necə reaksiya verdiyini və siçanların iştirak etdiyi təcrübənin nəticələrinin təkrarlanıb-təkrarlanmayacağını öyrənməyi planlaşdırır. Beləcə, MRT vasitəsilə insan beyninin fəaliyyəti öyrəniləcək.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla