AZ

Tbilisidə vəziyyət yenidən qarışdı - Polislə nümayişçilər arasında toqquşmalar olub - VİDEO

Gürcüstanda keçirilən aksiyada növbəti qarşıdurma baş verib.

Narazı kütlə Tbilisidə Rustaveli prospektini bağlayıblar. 

Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları etirazçıları dağıtmaq üçün su şırnağı, gözyaşardıcı qaz, qaz bombaları və bibər qazı spreyindən istifadə ediblər. 

Ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb ki, Tbilisidə keçirilən kütləvi aksiyada üç polis əməkdaşı yaralanıb.

Polislə qarşıdurmada zərərçəkənlər arasında media nümayəndələri də olub. Onlara təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilib.

Polis qüvvələri etirazçıları hökumətin inzibati binasına yaxınlaşmağa imkan verməyib.

Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müraciət edərək dinc nümayişlərin yatırılmasına son qoymağa çağırıb: “Daxili işlər nazirinə müraciət edirəm ki, dinc nümayişin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə, əliyalın gələn gənclərə qarşı zorakılığa dərhal son qoysun.

Mən ombudsmana müraciət edirəm ki, xüsusi təyinatlıların bütün əsassız və qanunsuz hərəkətlərinin dayandırılması üçün dərhal reaksiya versin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla