AZ

Tələbənin saqqala görə dərsə buraxılmaması… - Ekspertlər

Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri “Təhsil haqqında” qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil.
Bu sözləri BUTA.TV-a təhsil üzrə ekspert Kamran Əsədov Bakı Biznes Universitetində saqqal saxladıqları üçün dərslərə buraxılmayan tələbələr haqqında danışarkən deyib. Onun sözlərinə görə, hər bir tələbənin geyimi və tərzi onun öz seçimidir, universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir: “Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasını Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri təhsilalanların daxili intizam qaydaları ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Yəni qadağalar təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır. Bu da əsaslandırılmış olmalıdır, nəzəriyyə ilə yox”. Məsələyə münasibət bildirlən təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri Şahlar Əsgərov isə hesab edir ki, özəl universitet öz daxili qaydalarına uyğun hərəkət edib, burada bəzi nüanslar nəzərə alınmalıdır: “Güman edirəm, universitetin daxili nizam-intizam qaydalarına əməl etmək ən düzgün yoldur. Təhsilin keyfiyyəti davamiyyətdən asılıdır. Bu universitet də qabaqcıl təhsil müəssisələrimizdən biridir. İndi haqlı olaraq öz daxili qanun-qaydaları ilə hərəkət edir. Biz ona şəxsi azadlığın məhdudlaşdılması kimi baxmalı deyilik. Nəzərə almalıyıq ki, gənclərimizdən istifadə etmək bizə dost olmayan ölkələrin planında var. Çünki gənclərin enerjisi çox, dünyagörüşü azdır. Tələyə tez düşə bilərlər. Bunları da gərək nəzərə alaq”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə saytımıza bildirilib ki, saqqala görə tələbələrin təhsil müəssisəsinə buraxılmaması ilə bağlı hər hansı qadağa mövcud deyil. Ümumi qaydalarda belə qadağa olmadığı üçün daxili qaydalarda da bu qadağa yoxdur. Bu, özəl müəssisədir, ancaq agentliyə bu məsələ ilə bağlı şikayət daxil olmayıb. Əgər belə hal olarsa, məsələ araşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23660
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13173
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10368
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5684
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5519
Helikopter qəzası ilə bağlı yeni xəbər
5430
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4304
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3864
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3759
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3668
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3461
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3444
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3054
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2757
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2756
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2526