AZ

“Red Bull” dağılma ərəfəsində

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Formula 1 dünyasının ən tanınmış nəşrlərindən sayılan “F1-İnsider” “Red Bull” komandasındakı vəziyyət haqqında maraqlı açıqlamalar verib. Məlumata görə, Adrian Nyuinin gedişi komandanın dağılmasına gətirib çıxaracaq.

Qeyd edək ki, bəzi xəbərlərə görə, Avstriya komandası yaxın günlərdə texniki departamentin direktorunun gedəcəyi məlumatını rəsmən elan etməlidir.

“Əlbəttə ki, çempionatda dominantlıq edən bir komanda üçün bu, çox böyük itkidir. Gündən-günə bir şeyi görmək olur: Kristian Hornerin özbaşınalığı komandanın dağılmasına aparır. Nyuinin gedişi bunun başlanğıcı ola bilər”, – deyə nəşr vurğulayıb.

Yazıdakı digər xəbərə görə, Maks Ferstappen də “Mersedes”ə keçə bilər.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla