AZ

Pijamadan xilas olmaq əksər narahatlıqların həllində effektiv ola bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çılpaq yatmağın sağlamlıq üçün faydaları ola bilər. Onlardan biri dərin yuxuya kömək edən aşağı dəri temperaturudur. Soyuq otaq da bu prosesə kömək edir.

 

Aztibb.az “Echonedeli” portalına istinadən yazır ki, çılpaq yatmaq sağlamlığınız üçün faydalıdır. Qadınlar üçün bu təcrübə maya infeksiyası riskini azalda bilər, çünki çılpaq olmaq mayaların inkişaf edə biləcəyi daha az isti və rütubətli bir mühit yaradır.

 

Kişilər üçün çılpaq yatmaq reproduktiv sağlamlıq üçün faydalıdır, çünki soyuq temperatur yüksək keyfiyyətli sperma istehsal etməyə kömək edir.

 

Bundan əlavə, alt paltarları yuxu zamanı bakteriyaların çoxalması və infeksiyaların yayılması üçün münbit mühit yaradır. Ona görə çılpaq yatmaq infeksiyaların qarşısını almaq üçün yaxşı üsuldur.

 

Araşdırmaya görə, pijamadan xilas olmaq yataqda bədən temperaturunun yüksəlməsinin qarşısını alaraq dəri problemlərinin həllində də effektiv ola bilər. Xüsusilə yay aylarında havalandırılmış bir otaqda çılpaq yatmaq isti havanın gətirdiyi dəri porblemlərinin tamamilə yox edilməsini təmin edə bilər.

 

Bununla belə, yadda saxlamaq lazımdır ki, çılpaq yatmaq həmişə gigiyenik deyil, ona görə də yataq paltarlarını mütəmadi olaraq yumaq vacibdir.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla