AZ

1,3 milyard dollar cek-pot qazanan xərçəng xəstəsinin həyatı dəyişdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xərçənglə mübarizə aparan 46 yaşlı laoslu mühacir Çenq Sayfan Amerika Powerball lotereyasında 1,3 milyard dollar qazanıb.

 

Sfera.az bildirir ki, Çenq mükafatı həyat yoldaşı və dostu ilə bərabər bölüşəcək. 


O, məhz həyat yoldaşı və dostu ilə birləşərək lotereya tirajlarından biri üçün 20-dən çox bilet alıb. Çenqin sözlərinə görə, kömək üçün Allaha çoxlu dua edib.


Çenq cekpotu bərabər bölüşdürüb, vergiləri çıxıldıqdan sonra 422 milyon dollarlıq birdəfəlik ödəmə alacaq. 

 

"Həyatım dəyişdi. İndi ailəmə xeyir-dua verə və özümə yaxşı bir həkim tuta bilərəm" - deyə Çenq Sayfan bildirib. 

 

Lotereya qalibi indi arzuladığı evi almaq istədiyini və “Powerball” oynamağa davam edəcəyini bildirir.


"Bəlkə yenə bəxtim gətirər".

 

Qeyd edək ki, Çenq Sayfan son səkkiz ilini kimyaterapiyalarda keçirib. 

 

Onu da qeyd edək ki, bu uduş lotereya tarixində dördüncü ən böyük cekpot olub.

 

Aysel

Sfera.az

Seçilən
95
1
Mənbələr
Şərh ()
Bağla