AZ

Saakyan: “Rusiya və Qərb Ermənistan kimi kiçik bir ölkəni sındırdı”

“Qərb nəyin bahasına olursa-olsun Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İranın Ermənistandakı təsirini neytrallaşdırmaq istəyir. Aydındır ki, Tavuşda sərhədin delimitasiyası Qərb ssenarisidir, çünki belə dövlətlər öz bəyanatları ilə prosesi dəstəkləyirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədr müavini, fövqəladə və səlahiyyətli səfir Ara Saakyan bildirib.

Diplomat daha sonra vurğulayıb: “Qərbin alçaqlığı ondadır ki, onlar heç bir ölkədə belə qeyri-insani, ürəksiz şəkildə münaqişəyə getməzdilər, amma Ermənistan kimi kiçik bir ölkəyə bunu etdilər. Dövlətimizə və erməni diasporuna hörmət yoxdur.

Nikol Paşinyanın hərəkətləri sayəsində Rusiya Ermənistana da analoji münasibət göstərməyə mənəvi haqq qazandırdı. Ermənistanda elə bir adam yoxdur ki, bu fəlakətdə Rusiyanın böyük rolu olduğunu deməsin. Rusiya tərəfdarlarını itirmək üçün hər cür səy göstərdi. Ermənistanda Rusiyanı müdafiə edən insanlar Kabil hava limanında Amerika təyyarəsindən asılmış əfqanlara bənzəyirdilər”.

Ara Saakyan bildirib ki, “Ermənistandan başqa SSRİ-dən ayrı heç bir dövlət Alma Ata bəyannaməsinin yerini bilmir. Rusiya-Qazaxıstan sərhədi indiyədək delimitasiya olunmayıb, Mərkəzi Asiya dövlətlərinin bir-biri ilə sərhəd problemləri var, amma heç kim problemlərini həll etmək üçün həmin bəyannaməyə istinad etməyib. Məndə məlumat var ki, Nikol Paşinyan özü də ilk gündən belə bir bəhanə axtarır ki, Alma Ata deklarasiyasını ortalığa çıxarsın və hər şeyi birincinin üzərinə yıxsın.

Dediyim kimi, Alma Ata bəyannaməsinin Ermənistan-Azərbaycan sərhəd problemlərinin həlli ilə heç bir əlaqəsi yoxdur. Onsuz da Azərbaycan bir qarış torpağından da əl çəkməyəcək və daha çox torpaq almağa çalışacaq.

Mənə maraqlandıran başqa məsələdir. Belə ki, Qazaxıstanın bu prosesdə bir gözləntisi var və bu gözlənti Zəngəzur dəhlizi ilə bağlıdır. Qazaxıstan Orta Dəhlizdə yerləşir, Qazaxıstan Orta Dəhlizdə maraqlıdır və onlar Zəngəzur vasitəsilə Türkiyəyə şaxələnməkdə maraqlıdırlar. Bu hakimiyyət qalsa, Zəngəzur dəhlizi reallaşacaq. Zəngəzur dəhlizinin kimin nəzarətində olacağı bəlli deyil, amma birmənalı olaraq Ermənistanın nəzarətində olmayacaq.

Azərbaycana isə sülh müqaviləsi yox, torpaq lazımdır. Azərbaycanda dövlət iradəsi, təşkilatlanması var, Ermənistan hakimiyyətində bu yoxdur. Torpaq onlar üçün sərvətdir. Bizim isə müqavimət göstərmək iradəmiz yoxdur”.

Natiq Səlim,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
Mənbələr
Şərh ()
Bağla