AZ

Norveç Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq

Norveç krallığın 2024-cü il büdcəsindən Kiyevə 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe məlumat yayıb. 

    Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) Ukraynaya hərbi yardım göndərmək üçün istifadə olunacaq.

    Qalan vəsait humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.(Apa)

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    141
    10
    Mənbələr
    Şərh ()
    Bağla