AZ

İranda qadağadan törəyən faciə…

Mollası lotu olanın həkimi "piyaniska" olar...

İslam dini öz təbəələrinə spirtli içki içməyi, uyuşdurucu olan tiryək çəkməyi qəti qadağan edib.  Bunlarla bərabər, dini qanunlara görə həm də  zina ilə məşğul olmaq və s. müsəlmana haram buyurulub. O vaxtdan bu vaxta qədər qadağalar dinə ifrat dərəcədə bağlı olan ölkələrdə hökm sürür. Bu ölkələrdən biri də İrandır. Onu da qeyd edək ki, İranda fırıldaqçı din adamları bu qadağalardan "yaradıcılıqla" istifadə edərək harın həyat tərzi keçirirlər. Belə bir deyim var ki, insana nəyi qadağan etsələr ona daha çox meyillənər və mahiyyətini öyrənməyə cəhd edər. İrandakı sosial sferada da vəziyyət bu cürdür. Orada qonaq olub gələnlərin söylədikləri və yayılan bəzi informasiyalar təsdiq edir ki, bütün qadağalara baxmayaraq  əhalinin müəyyən təbəqələri gizli sexlərdə kustar üsulla istehsal olunan spirtli içkiləri xəlvəti surətdə alır və istifadə edir. Ancaq bu işləri nə qədər gizlin etsələr də məlumatlar sızır. Son hadisə o qədər gurultulu olub ki, daha gizlətmək mümkün olmayıb.

Bir neçə gün əvvəl saytların yaydıqları bir məlumatda bildirilir ki, İranın Şiraz şəhərində təşkil edilən şənlikdə 29 həkim spirtli içkidən zəhərlənib, bir qadın həkim ölüb, xeylisi isə  komaya düşüb. Bu, İranda spirtli içkinin təsirindən yeganə ölüm halı deyil. Amma bu dəfə həkimlərin - həm də qadın həkimlərin də içki içdiyi, hətta imkan yarananda bu cür kütləvi əyləncə məclislərində iştirak etdikləri də üzə çıxdı. İranda səyahətdə, dini məkanlarda ziyarətdə, qohum-əqrəba ilə görüşdə  olanların və müalicə üçün gedənlərin bəziləri bildirirlər ki, orada yüksək vəzifəli şəxslər və hətta "mömin" mollalar əllərinə fürsət düşən kimi bu işlə məşğul olurlar. Yəni, təkcə "yolunu azmış cəhənnəmliklər" deyil, elə əbalı-qəbalı, başıçalmalı mollalar arasında da araq-çaxır içənlər az deyil.

 Xatırladaq ki, bu cür ölüm halları, içkidən zəhərlənmələr və yaxud eyş-işrətlər daha çox fars əyalətlərində baş verir. Belə biabırçılıqların əksəriyyətinin baş verdiyi Şiraz  Fars əyalətinin mərkəzidir. Bundan da pisi odur ki, ölkənin dini mərkəzi sayılan Qumdan da tez-tez belə rüsvayçı xəbərlər gəlir.

Bu, İran rejiminin mahiyyətidir: daxildə qadınların cəmiyyət arasına baş  örtüksüz çıxmalarına , “əxlaq polisi”nin sayını artırmasına baxmayaraq rejimin yuxarı təbəqəsində təmsil olunan varlılar özləri İranda, övladları, nəvələri isə Avropa ölkələrində eyş-işrət içində yaşayırlar. Ayətullahların hansı “əxlaqi dəyərlər daşıyıcısı” olması isə bir ayrı məsələdir. Onların ən iyrənc məişət pozğunluğundan tutmuş guya siğə yolu ilə rəsmiləşdirilən əxlaqsızlığa qədər "zəngin təcrübələri” var. Üzü üzlər görmüş əmmaməli şeytanlar siğə adı altında fahişəliyi yayan şarlatanlardır. Təsadüfi deyil ki, bu ölkədə “homoseksual” deyə xarici sözlə adlandırdığımız, türkcə qarşılığını hələ tapmadığımız bu məfhumun 52 qarşılığı var. Deyilənlərə görə, bəzi mollalar azan verdikləri minarəyə yumurtanın içində araq və ya konyak aparır, guya səsləri batmasın deyə hamının gözləri qarşısında başlarına çəkib içirlər. Məsafə kifayət qədər uzaq olduğundan heç kim heç nə hiss etmir.

Görürsünüzmü, deməli, insanların yaşam tərzinə müdaxilə edib bu qədər lazımsız məhdudiyyətlər yaradanda və eybəcər qadağalar tətbiq edəndə bu iyrəncliklər daha əcaib formada inkişaf edir. Burada qəribəlik ondan ibarətdir ki, mollalar sadə insanlara  “haramdır” deyə yasaq etdikləri haram işlərin hamısı ilə özləri məşğul olur və bununla da sadəlövh müsəlmanları  ələ salırlar. Televiziya tamaşalarından birində mollanın avam qadının bədənindən guya cin çıxarması barədə həm məzəli, həm də acınacaqlı bir səhnə var. Övladı olmayan qadınların başına fırıldaqçı və şəhvətpərəst mollaların hansı oyunları açmaları haqqında çox eşitmişik. Qısaca deyək ki, bu cür hadisələrin və cinayətlərin demək olar ki, hamısı kasıb və savadsız zümrəyə tətbiq edilən yersiz qadağalardan törəyir. Bir neçə il əvvəl baş örtüksüz gəzdiyinə görə həbs edilən və müəmmalı şəkildə öldürülən gənc  fəal Məhsa Əmini məhz bu qadağaların qurbanı oldu. `Amma görünən odur ki,  belə yasaqlar arvadbaz mollaların işinə yarayır.

Mirzə Cəlilin "Ölülər" pyesində kefli İsgəndərin hər gecə bir qız uşağını siğə edən və özünə hərəmxana düzəldən fırıldaqçı Şeyx Nəsrullaha dediyi bu sözlər sanki bugünkü İran mollalarının boyuna biçilib: - “Cənab Şeyx, mən ölüm, əl ver! Lotusan, əyə əl ver!”

Vəli İlyasov,  "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24124
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13498
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11353
Helikopter qəzası ilə bağlı yeni xəbər
7565
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5768
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5577
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5520
Rəisi öldü, Pakistanda matəm elan edildi
5177
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3986
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3788
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3683
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3542
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3296
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3094
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2785
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2554