AZ

Rusiyada şəhəri bürüyən güclü yanğın: Sakinlər təxliyə edilirlər - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın Ulan-Ude şəhərinin (Buryatiyanın paytaxtı) hakimiyyəti müxtəlif ərazilərdə baş verən yanğınlarla əlaqədar şəhər sakinlərinin kütləvi təxliyəsinə başlayıb.

Bu barədə Ulan-Ude şəhərinin meri İqor Şutenkov sosial şəbəkələrdə məlumat verib.

İlkin məlumatlara görə, şəhərdə yanğınlar quru ot səbəbindən başlayıb və küləkli, quru hava səbəbindən çox sürətlə yayılır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Ulan-Udedə baş verən yanğın 20 ev və yardımçı tikililərə ziyan vurub və genişlənməkdə davam edir. Ərazidə 70-dən çox insan və 19 texnika işləyir.

Qeyd edək ki, yanğın 10 min kvadratmetr ərazini əhatə edib.

Bütün şəhərdə yüksək hazırlıq rejimi elan edilib. 

Seçilən
112
16
Mənbələr
Şərh ()
Bağla