AZ

Alkaras Nadalın rekorduna şərik olub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Karlos Alkaras həmyerlisi Rafael Nadalın nəticəsini təkrar edib.

İdman.biz xəbər verir ki, hər iki tennisçi Madrid Masters turnirində ardıcıl 14 qələbə qazanıb.

1/4 finalda rusiyalı Andrey Rublyovla qarşılaşacaq Alkaras qələbə sayəsində mütləq rekordçu olacaq. 20 yaşlı idmançı torpaq örtükdə keçirilən son 2 yarışın qalibi olub. O, 2022-ci və 2023-cü illərdə Madriddə keçiridyi bütün görüşləri qələbə ilə başa vurub. Nadal isə İspaniya paytaxtında 5 dəfə ən güclü olub (2005, 2010, 2013, 2014, 2017).

Qeyd edək ki, Karlos 1/8 finalda alman Yan-Lennard Ştruffa 3 setdə qalib gəlib (6:3, 6:7 (5:7), 7:6 (7:4)).

İdman.biz

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla