AZ

Niko Uilyams: “Hər yerdə axmaq insanlar var, amma bu…”

Bilbao “Atletik”inin vingeri Niko Uilyams İspaniya və dünya futbolundakı irqçi təhqirlərlə bağlı fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, özü də bu günlərdə belə aqibətlə üzləşib.

Belə ki, İspaniya La Liqasının 33-cü turunun Madrid “Atletiko”su ilə səfər oyununda “döşəkçilər”in azarkeşləri ona “meymun” deyə təhqir ediblər.

Uilyamsın bu barədə fikirlərini təqdim edirik:

“Sənin, dərinin rənginə görə təhqir edilməyin düzgün deyil. Mən bilirəm ki, hər yerdə axmaq insanlar var, amma bu, dəyişməlidir. “Atletiko”nun futbolçuları məni dəstəklədilər, məni başa düşdülər. “Meymun” qışqırıqlarını eşitmək qəbuledilməzdir. Mən üç oğlanın bunu etdiyini gördüm və eşitdim”, deyə Uilyams bildirib.

Xatırladaq ki, oyun “Atletiko”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Cari mövsümdə Uilyams Bilbao klubunun heyətində 33 oyuna çıxıb, 7 qol vurub, 14 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 118 oyun, 19 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Uilyams bir müddət öncə “Atletik”lə İspaniya Kral Kubokunun 2023/2024 mövsümünün qalibi olub. Bu, onun karyerasındakı hələlik yeganə tituldur.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24566
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13955
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12536
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9650
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6724
Rəisi öldü, Pakistanda matəm elan edildi
6360
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5870
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5648
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5326
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4129
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4102
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3934
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3705
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3581
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3211
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2851
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797