AZ

Səudiyyə Ərəbistanı klubları üçün 2,4 milyard ayrıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Səudiyyə Ərəbistanı futbol klubları qarşıdakı yay transfer pəncərəsində beş və ya altı yüksək səviyyəli müqavilə imzalamağa ümid edirlər.

Arena.az bu barədə jurnalist Ben Ceykobsun əldə etdiyi məlumata istinadən xəbər verir.

Mənbənin məlumatına görə, futbolçuların transferlərinə təxminən 2,4 milyard avro məbləğində vəsait ayrılacaq.

Xatırladaq ki, 2023-cü ilin yayında, İngiltərənin “Nyukasl” klubunun sahibi olan Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu (PIF) Səudiyyə Ərəbistanı Peşəkar Liqasında dörd yüksək səviyyəli klubu aldığını özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən elan etmişdi.

“Əl-İttihad”, “Əl-Əhli”, “Əl-Nəsr” və “Əl-Hilal” fondun mülkiyyətinə keçiblər. Klubların hər birinin mülkiyyət tərtibatı dəyişdirilib, şirkətə çevrilib. Bunların hər birində PIF-in 75% payı var.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla