AZ

Levandovski "Barselona"nın tarixinə DÜŞDÜ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


Dünən keçirilən "Barselona" - "Valensiya" matçı meydan sahiblərinin polşalı ulduzu Robert Levandovski üçün əlamətdar olub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə jurnalist Tomaş Vlodarçik məlumat yayıb.

Mənbənin məlumatına görə, əla oyunu ilə yadda qalan forvard vurduğu üç qol sayəsində klubun tarixinə La Liqada het-trik edən ən yaşlı qoleador kimi yazıb.

Qələbə qazanılan matç zamanı 35 yaş 253 günlük olan polyak 1961-ci il martın 19-da "Qranada" ilə qarşılaşmada dörd qol vuran əvvəlki rekordçu Ladislav Kubalanı qabaqlayıb. Həmin vaxt "Barselona"nın əfsanəsi 33 yaş 267 günlük olub.

35 yaş 253 gün: Levandovski

33 yaş 267 gün: Kubala

32 yaş 247 gün: Obameyanq

32 yaş 244 gün: Messi

Əlavə edək ki, "Valensiya" ilə oyunda etdiyi het-trik sayəsində Robert Levandovski cari La Liqada qollarının sayını 16-ya çatdırıb və bombardirlər siyahısında dördüncü pilləyə yüksəlib.

[30.04 20:43] Ramil Unikal: Levandovski "Barselona"nın tarixinə düşdü


Seçilən
47
Mənbələr
Şərh ()
Bağla