AZ

Bu yoxlamalar taciklərə qarşı deyil - Lavrov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya xarici işlər naziri Sergey Lavrov və tacikistanlı həmkarı Sirociddin Muxriddin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Söhbət zamanı Lavrov “Krokus Siti Holl”da baş vermiş terakt fonunda Rusiyaya gələn əcnəbilərin yoxlanılmasına aydınlıq gətirərək bildirib ki, bu, müvəqqəti xarakter daşıyır və konkret olaraq hər hansı millətə və dini qrupa qarşı deyil.

Tərəflər həmçinin Rusiya Federasiyası ilə Tacikistan arasında ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, martda “Krokus Siti Holl”da baş vermiş teraktdan sonra Rusiyada taciklərə qarşı ciddi yoxlamaq başlanılıb. Həmçinin Tacikistandan Rusiyaya gələnlər günlərlə Moskva aeroportlarında gecələməkdədir.

Seçilən
106
1
Mənbələr
Şərh ()
Bağla