AZ

İranla bağlı gizlinlər üzə çıxdı – “Səddam Hüseyni devirməyin, yoxsa...”

1979-cu ildə İranda baş verən dini inqilab həm öz xalqı, həm də beynəlxalq ictimaiyyətə düşmən olan bir rejimin yüksəlişini asanlaşdırdı.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı deputat Deniel Kavçinski deyib.

Onun sözlərinə görə, həmin il Tehranda hakimiyyəti ələ keçirən teokratiya devrilən şah rejimindən daha radikaldır.

Kavçinski molla rejiminin Yaxın Şərqdə yüksəlişinə zəmin yaradan bir sıra tarixi faktlara diqqət çəkib.

Deputat qeyd edir ki, Böyük Britaniya 1971-ci ildə Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) çıxdıqdan dərhal sonra İran Ərəbistan körfəzindəki strateji önəmə malik adaları ələ keçirmişdi:

“Bu hadisə İranın bütün Yaxın Şərqdə təsirini artırmaq üçün davam edən səylərinin xəbərçisi kimi qiymətləndirilir. O dönəmdə Səudiyyə Ərəbistanı açıq şəkildə koalisiyaya qoşulsa da, bu yaxınlarda məxfiliyi ləğv edilmiş sənədlər daha nüanslı perspektivdən xəbər verir. Bildirilir ki, Səudiyyə diplomatik kanallar vasitəsilə Səddam Hüseynin hakimiyyətdən tamamilə uzaqlaşdırılması ilə bağlı ciddi şəkildə ehtiyatlı olduğunu çatdırıb. Səudiyyənin əsas narahatlığı regional qeyri-sabitlik və İran kimi aktorlar tərəfindən istifadə oluna biləcək güc boşluğunun yaranması ilə bağlıydı. Xəbərdarlığa məhəl qoyulmaması son nəticədə özünü göstərdi.

(ABŞ-nin başlatdığı) Müharibə İraq hökumətinin dağılmasına gətirib çıxardı və Səudiyyənin qorxduğu hakimiyyət boşluğunun yaranmasına səbəb oldu. Bu boşluq İrana İraqda öz təsirini genişləndirmək imkanı verdi, şübhəsiz ki, onun regional ambisiyalarını gücləndirdi”.

Deputat xatırladır ki, İranın 2011-ci ildə Bəhreyndə aranı qarışdırmasına da sərt beynəlxalq reaksiya verilməmişdi:

“Bu böhran Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) tərəfindən həll edildi. Eynilə 2011-ci ildə Əsəd rejimi tərəfindən Suriya vətəndaşlarının amansızcasına sıxışdırılması İranın burada xeyli sayda hərbi qüvvə yerləşdirərək istifadə etdiyi bir boşluq yaratdı. Britaniya da daxil olmaqla, beynəlxalq ictimaiyyət münaqişənin cilovlanması missiyasını KƏŞ-in üzərinə qoyaraq qətiyyətlə müdaxilə etmədi.

Bundan əlavə, İranın Yəməndəki husilərə verdiyi dəstək, o cümlədən “Skad” raketləri və digər silahların tədarükü regional gərginliyi açıq şəkildə artırıb. Yenə də BƏƏ və Səudiyyə istisna olmaqla, beynəlxalq reaksiya yoxdur.

İranın Livanda “Hizbullah” və Qəzzada HƏMAS-a verdiyi uzunmüddətli maliyyə və hərbi dəstək regional qeyri-sabitliyin daha bir mənbəyidir, halbuki hər ikisi beynəlxalq ictimaiyyətin önəmli hissəsi tərəfindən terror təşkilatı kimi tanınır. Təəssüf ki, bu məsələ hələ də qlobal miqyasda adekvat şəkildə müzakirə olunmayıb. Hazırda Qərb mediası İranın təhdidlərinə qarşı İsraili dəstəkləmək zərurətini vurğulasa da, mövcud böhranı effektli şəkildə həll etmək üçün Tehranın son 20 ildəki hərəkətləri və niyyətlərini daha incə şəkildə başa düşmək lazımdır”.

Kavçinski Qərbi İrana qarşı mövqeyini sərtləşdirməyə və onun regionda yaratdığı təhlükələri ciddiyə almağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24521
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13918
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12468
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9544
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6686
Rəisi öldü, Pakistanda matəm elan edildi
6295
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5859
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5629
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5151
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4118
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4072
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3898
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3695
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3550
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3209
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797