AZ

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

Qarşıdan gələn "Samsung Galaxy F55" smartfonu əvvəllər Çində təqdim olunan "Galaxy C55"in surətidir. 

Valyuta.az xəbər verir ki, bu barədə "GizmoChina" portalı məlumat yayıb.

Məlumata görə, qarşıdan gələn "Samsung Galaxy F55" əvvəllər Çin üçün eksklüziv cihaz hesab edilən orijinal modeldən heç də fərqlənməyəcək.

Beləliklə, qlobal bazar üçün yeni məhsul narıncı və qara rənglərdə eko-dəridən hazırlanmış arxa panel "Snapdragon 7 Gen 1" çipi və seçim etmək üçün 8/128, 8/256 və ya 12/256 GB modifikasiyaları əldə edəcək.

"Galaxy F55" ekranı "Full HD+" təsvir ölçüsünə və 120 Hz təzələnmə tezliyinə malik 6,7 düymlük "Super AMOLED" panelə, həmçinin 45 Vt sürətli şarjı dəstəkləyən 5000 mAh batareyaya sahib olacaq.

50 meqapiksel təsvir ölçülü smartfonun əsas kamerası ultra geniş bucaqlı və müvafiq olaraq 8 və 5 meqapiksellik makro modulla tamamlanacaq, selfi kamerası isə 50 meqapiksel təsvir ölçülü sensor alacaq.

Halırda "Samsung Galaxy F55"in Hindistanda satışa çıxarılacağı təsdiqlənir, lakin yeni məhsulun digər ölkələrdə mövcudluğu barədə hələlik heç bir məlumat yoxdur. Şayiələrə görə, dəri smartfon 8/128 GB versiyası üçün 27 min rupi (təxminən 550 manat) qiymətində satışa çıxarılacaq.

Paşa Məmmədli


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla