AZ

Qazaxın 4 kəndinə hazırda kim nəzarət edir? - Açıqlama

Azərbaycan Ordusunun Qazaxın işğaldan azad edilmiş 4 kəndinə girməsi xəbərləri prosesin ardının necə olacağı müzakirələrinə qapı açıb. Bəzi ekspertlər bunun sülh prosesinə təsirinin olacağını iddia edir.

Bunun sülh prosesinə töhfəsi, qlobal oyunçuların mövqeyinə, Cənubi Qafqazda balansa nə kimi təsiri olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qazağın 4 kəndi mübahisəli məsələ deyildi:

“Bu kəndlər qeyri-anklav olduğu üçün faktiki olaraq işğal vəziyyətində sayılırdı. Buna görə də kəndlərin qeyd-şərtsiz qaytarılması mütləq idi. Yerdə qalan məsələlər zamanla həll edilə bilər. Xüsusilə sərhəd komissiyalarının görüşləri və qeyri-rəsmi təmaslar fonunda həlli mümkündür.

Qabil Hüseynli

Qazağın qeyri-anklav 4 kəndinin bir güllə belə atılmadan qaytarılması heç şübhəsiz regionda marağı olan qüvvələri ciddi narahat edir. Çünki bu, iki ölkə arasında sülh prosesinə müsbət təsir edəcək bir amildir. Yəni proses bundan sonra daha sürətli gedə bilər.

Fransa kimi ölkələr bu gün regiona başlıca təsir imkanını itirir. Yəni Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması rəsmi Parisin regional maraqlarına çatmasını bloklayır. Belə olan halda Paris və bu qəbildən olan ölkələr Ermənistanı gərginliyə sövq etmək üçün daxili auditoriyanı verilən qərarlara qarşı ayaqlandırır. Hesab edirəm, bu gün Ermənistanda baş verən etiraz aksiyalarının səbəbi də məhz budur.

Bununla belə, etiraz aksiyalarının nəhayətində Paşinyanın devrilməsi ilə, ya da mövcud reallıqları dəyişə biləcək bir hal almasına inanmıram. Faktiki olaraq bu gün sülhə heç olmadığımız qədər yaxınıq”.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24466
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12275
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9121
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6480
Rəisi öldü, Pakistanda matəm elan edildi
6102
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5828
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5627
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
4227
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4080
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4048
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3865
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3653
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3527
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3195
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2831
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797