AZ

Makron Fransada uşaqların smartfonlardan istifadəsini qadağan edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bir qrup ekspert Fransa Prezidenti Emmanuel Makrona uşaqların ekran əsaslı cihazlardan istifadəsinə qadağa qoyulmasını tövsiyə edən hesabat təqdim edib.

Redaktor.az xəbər verir ki, BFMTV kanalının məlumatına görə, sənəd dövlət başçısının tapşırığı ilə hazırlanıb.

Mütəxəssislər hesab edirlər ki, 3 yaşından kiçik uşaqlara ekranla təchiz olunmuş hər hansı cihazdan istifadəni qadağan etmək lazımdır. İnternetə çıxışı olmayan mobil telefondan istifadə imkanının 11 yaşından uşaqlara verilməsi təklif edilir. Mütəxəssislər 13 yaşdan yuxarı uşaqlara sosial şəbəkələrə çıxışı olmayan smartfon hədiyyə etməyi təklif edirlər. Eyni zamanda, instaqram, "TikTok" və "Snapchat" kimi proqramlardan istifadəyə yalnız vətəndaşlar yetkinlik yaşına (18) çatdıqdan sonra icazə verilməsi təklif edilir.

Mütəxəssislərin fikrincə, smartfonlar uşaqların sağlamlığına və onların reallığı dərk etməsinə mənfi təsir göstərir.

Telekanal qeyd edib ki, praktikada həyata keçirilməsi asan olmayan tövsiyələrdən danışırıq, çünki onların həyata keçirilməsi ən çox valideynlərdən asılıdır.

Turan İSMAYIL

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla