AZ

İranın Şiraz Universiteti Amerika və Avropa universitetlərindən qovulan tələbələrə təqaüd TƏKLİF ETDİ

İranın Şiraz Universiteti Fələstinə dəstək verdiyi üçün qovulmuş Amerika və Avropa universitet tələbələrinə təqaüd təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Universitet həmçinin Fələstinə dəstək verdiyi üçün işdən çıxarılan professorları işə götürməyi təklif edib.

Qeyd edək ki, Şiraz Universiteti İranın ən güclü təhsil ocaqlarından biri sayılır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla