AZ

"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

“Mançester Yunayted” futbolçusu Markus Reşfordun satış qiymətini təyin edib.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubu 26 yaşlı hücumçu üçün 70 milyon avro təklif gələrsə, onu nəzərdən keçirəcək. 

Qeyd olunur ki, "Mançester Yunayted" Reşford üçün qiymət təyin etsə də, onunla vidalaşmaq istəmir və hansısa klubun 70 milyon avro təklif edəcəyinə inanmır. İngilislər ancaq PSJ-nin bu cür imkanı olduğunu hesab edir. Fransa klubu isə ingiltərəli hücumçunu almaq niyyətində deyil. 

Qeyd edək ki, M. Reşford bu mövsüm 40 matçda 8 qol vurub və 5 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla