AZ

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

 

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin "Odinin şifrəsi" adlı sənədli filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən filmin rejissoru Mikael Silkeberq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gələn 50 dəqiqəlik “Odinin şifrəsi” adlı sənədli filmin Skandinaviya ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs etdiyini deyib.

Bildirilib ki, ekran əsəri həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycana dörd dəfə səfər etmiş məşhur norveçli etnoqraf Tur Heyerdalın nəzəriyyəsinə əsaslanaraq lentə alınıb.

Qeyd edək ki, Mikael Silkeberq Azərbaycan və Skandinaviyanın müxtəlif tarixi yerlərini ziyarət edib, bu tarixi əlaqələrin elmi aspektlərini araşdırmaq üçün hər iki regionun ekspertlərindən müsahibələr alıb.

Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix elmləri doktoru Məlahət Fərəcova, Xarici Dillər Universitetinin Skandinaviya Mərkəzinin direktoru Vüsalə Əfəndiyeva və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov çıxış ediblər.

Qobustan və Skandinaviya arasında bənzərlikləri göstərən rəmzlər, məzarlar, petroqliflər və qayaüstü rəsmlər izləyicilərə məruzədə göstərilib.

Daha sonra “Odinin şifrəsi” sənədli filmi nümayiş olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24414
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13779
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12129
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8851
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6348
Rəisi öldü, Pakistanda matəm elan edildi
5946
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5818
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5623
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4054
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4000
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3855
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3646
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3500
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
3442
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3187
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2824
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797