AZ

Arda Güler ​​qol sevinci zamanı göstərdiyi əl hərəkətinin mənasını AÇIQLADI - FOTO/VİDEO

İspaniyanın “Real Madrid” klubunda oynayan və bu klubda karyerası ərzində ikinci qolunu vuran türkiyəli gənc futbolçu Arda Güler ​​qol sevincini yaşadığı zaman göstərdiyi əl hərəkətinin mənasını açıqlayıb.

“Qol sevincimin mənası etimada, inama əsaslanır. Mən hər şeyin Allahdan gəldiyinə inanıram. Çox çalışıram, gerisini Allaha həvalə edirəm”, - deyə Güler bildirib.

Qeyd edək ki, Arda Güler ən son qol sevincini isə İspaniya La Liqasının 33-cü turunda “Real Madrid”in səfərdə “Real Sosyedad”la qarşılaşdığı oyunda qeyd edib.

Bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxan Arda matçın 29-cu dəqiqəsində qola imza atıb və bununla da komandasına qalibiyyət qazandırıb.

Mənbə: NTV.com.tr  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
oxu.az

2Mənbələr