AZ

"O, nə kəndin ərazisini tanıyır, nə də..." - CAVAB

Deputat Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri ictimai mühitdə narazılığa səbəb olub.

Qaynarinfo xəbər verir ki, Rasim Musabəyov İctimai Televiziyanın (İTV) efirində Başkəndən Azərbaycan üçün strateji əhəmiyyət kəsb etmədiyini deyib. Bu fikirdən sonra deputat sosial şəbəkələrdə və bir sıra media subyektlərində tənqidlərə məruz qalıb.

Rasim Musabəyov özü də "Facebook” hesabında bu barədə yazıb:

"Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən nəzarətə götürülən Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək "stəkanda fırtına” yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm".

Qərbi azərbaycanlıların köç və işğal problemlərinin araşdırmaçısı, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfayət Avnıbəyli mövzu ilə bağlı Qaynarinfo-ya bildirib ki, Rasib Musabəyovun məlum fikri qəbuledilən deyil:

"Rasim Musabəyov nə Başkənd ərazisini tanıyır, nə də strategiyanın nə olduğundan xəbəri var. Başkənd ümumiyyətlə, Şınıx mahalının göbəyində "qara yara". Musabəyovun diqqətinə çatdırıram ki, Başkənd qəsəbəsi 1920-ci illərdə təbii ki, sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və sovet ideoloji xəttinin təhlükəli bir komponenti kimi düşünülmüş şəkildə qarşıdurmalarada, siyasi hakimiyyətin problemlər yaşadığı zamanlarda mövcud vəziyyətdən yararlanmağa xidmət edirdi. Bu yaxın tariximizdə, 1988-ci ildən sonrakı hadisələrdə özünü daha qabarıq şəkildə biruzə verdi".

Şəfayət Avnıbəyli əlavə edib ki, ermənilər min bir hiylə ilə tarixi Başkəndi unutdurmaq üçün qəsəbəyə "Arsvaşen" adını verib:

"Buna baxmayaraq, tarixdən də bəllidir ki, ermənilərin Başkəndə gəlişi XIX əsrin ortalarında baş tutub və bu Musabəyovun dediyinin əksinə olaraq işğalçı çar Rusiyasının Qafqazla bağlı strateji maraqlarının bir hissəsi, həm də çox mühüm bir hissəsi idi. Çar Rusiyasının Qafqaz siyasəti, eləcə də bolşeviklərin bir başqa müstəvidə işğalçılıq məfkurəsi təkcə coğrafi kontekstdə ərazilərin zəbti ilə məhdudlaşmırdı. Bunun digər qatında etnosun milli mədəniyyət fonduna qarşı total hücumlar özünü göstərirdi. Ermənilər də məhz bu strategiyadan istifadə edirdilər.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirdilər və Şınıxın 32 kəndi blokadaya düşdü. İndi necə ola bilər ki, Başkənd mühüm strateji əhəmiyyət kəsb etməsin?

Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Əgər strateji əhəmiyyəti yox idisə, bu qədər hərbi kontingent orda nə gəzirdi?!

Qeyd etməliyəm ki, bu torpaqlarda İsgəndər Aznaurov, Məzahir Rüstəmov kimi Milli Qəhrəmanımız, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş alay komandiri Cahangir Rüstəmov şəhid olub".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24168
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13515
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11477
Helikopter qəzası ilə bağlı yeni xəbər
7742
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5770
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5616
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5578
Rəisi öldü, Pakistanda matəm elan edildi
5289
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3990
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3796
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3692
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3549
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3319
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3110
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2786
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556