AZ

YAP Mərkəzi Aparatının rəhbəri ilə Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri arasında görüş keçirilib

Aprelin 30-da Kuba Kommunist Partiyası (KKP) Mərkəzi Komitəsinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla KKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının deputatı Emilio Ratmir Lozada Qarsia arasında videoformatda görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  görüşdə dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Kuba münasibətlərinin inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan ilə Kuba qlobal müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində bir-birinin mənafelərini müdafiə edir və səmimi dostluq örnəyi sərgiləyirlər.

Emilio Ratmir Lozada Qarsia Azərbaycanın 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında Kubaya qarşı embarqonun aradan qaldırılmasını tələb edən qətnaməni postsovet məkanında dəstəkləyən yeganə ölkə olduğunu xatırladaraq bu faktı Ümummilli Lider Heydər Əliyevin Kuba dövlətinə və xalqına dost münasibətinin göstəricisi kimi dəyərləndirib. O, Azərbaycanın bu gün də istər ikitərəfli qaydada, istərsə də beynəlxalq platformalarda Kubaya dost münasibətini minnətdarlıqla qarşıladıqlarını bildirib. Onun sözlərinə görə, regionda və dünyada nüfuzu artmaqda olan Azərbaycan ilə əlaqələr çərçivəsində Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük önəm daşıyır.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan dövlətinin ünvanına söylədiyi xoş sözlərə görə Emilio Ratmir Lozada Qarsiaya təşəkkürünü bildirib və iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu, vaxtilə yüzlərlə kubalı gəncin Azərbaycanda ali təhsil aldıqlarını vurğulayaraq bu gün də dövlətlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudesin 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısında iştirakının, eləcə də 2020-ci ildə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadalarının ölkəmizə gəlməsinin Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Tahir Budaqov Azərbaycan Respublikasının 2025-2027-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına üzvlüyünə namizədliyinin Kuba tərəfindən dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası və Kuba Kommunist Partiyası arasında əlaqələrin də inkişaf etdirilməsinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, qarşılıqlı səfərlərin və intensiv görüşlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması Azərbaycan-Kuba münasibətlərinin mühüm tərkib hissəsi kimi partiyalararası əlaqələrin inkişafına əhəmiyyətli töhfə olacaqdır.

Görüşdə gələcəkdə partiyalararası əməkdaşlıq sazişinin imzalanması perspektivləri haqqında fikir mübadiləsi aparılıb və bu barədə razılıb əldə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.

Qeyd edək ki, onlayn görüşdə Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev və Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23565
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13097
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10073
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5675
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5508
Helikopter qəzası ilə bağlı yeni xəbər
4866
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4083
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3729
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3646
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3442
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3379
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3044
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2960
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2743
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2680
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2516