AZ

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan filmlərini tamaşaçılara sevdirən, çoxsaylı ekran əsərlərinin həyata vəsiqə aldığı tarixi bir məkandayıq. Bir əsrdən çox yaşı olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası neçə-neçə əsərə ekran həyatı verməklə yanaşı, bu sahədə çalışan görkəmli kino xadimlərinin də doğma məkanıdır. Kinostudiya bu gün də ölkəmizin kino sənayesinin inkişafına töhfə verməkdə davam edir. Bura üz tutmaqda məqsədimiz sevimli filmlərimizin “doğum evi” olan məkan, eləcə də sənət ocağının ayrı-ayrı şöbələri barədə tamaşaçılarda daha dolğun təsəvvür yaratmaq, bir qədər obrazlı desək, keçmişə səyahət və gələcəyə baxışdır.

 

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla