AZ

Elmar Baxşıyev “Zirə”nin avrokubok iddiasına ciddi zərbə vurdu - TURUN ŞƏRHİ

Komandaların son turlardakı nəticələrini nəzərə alsaq, təbii ki, “Zirə” aşkar favorit idi.

“Qartallar” avrokuboklara can atırsa, “Araz-Naxçıvan”ın nə belə şansı var, nə də elitadan düşmək təhlükəsi. Sadəcə, Elmar Baxşıyevin təyinatından sonra heç bir matçdan qalib ayrıla bilməmək komandada ruh düşkünlüyünə səbəb olurdu. Bu üzdən Zirədən qələbə ilə qayıtmaq əsas şərtlərdən biri idi.

Oyuna qonaqlar aqressiv başlasa da, ilk təhlükəli vəziyyəti “qartallar” yaratdı. Qapıçıyla təkbətək qalan Rəhim fürsəti boşa verdi. Davamında isə yan xətt hakiminin ofsayd bayrağı havaya qaxdı. Qəsəbə təmsilçisi 18-ci dəqiqədə növbəti dəfə fərqlənməyə yaxın oldu. Bu dəfə Utziqin zərbəsi zamanı qolkiper yerində idi. 25-ci dəqiqədə Utziqin ağıldolu ara ötürməsiylə qapıçıyla üzbəüz qalan Suma 100 yüzfaizlik qol imkanını qaçırdı. Bu epizodu dəyərləndirə bilməyən Sumanın bir qədər sonra cərimə meydançası kənarından “çərçivə”yə göndərdiyi zərbə heç də təhlükəli olmadı. Beləliklə, komandalar fasiləyə qolsuz yollandı.

2-ci hissədə də “Zirə” daha fəal, naxçıvanlılar isə müdafiə olunmaqla məşğul idi. Utziq 65-ci dəqiqədə Meza Kollinin ötürməsini qola çevirib komandasını hesabda önə çıxardı. Lakin VAR-dan gələn qərarla ofsayd deyildi, qol qeydə alınmadı. Qələbə qolunu vurmaqda çətinlik çəkən “Zirə” bərabərliklə barışmaq üzrəydi ki, ortaya Ribeyro çıxdı. Kuzmanoviçin 89-cu dəqiqədə komandasının oyundakı ilk künc zərbəsindən qapı önünə göndərdiyi ötürməni Ribeyro başla tora qovuşdurmağı bacardı - 0:1. Məğlubiyyətlə barışmayan Sadıqov növbəti dəfə əvəzetmələr edərək hücumu gücləndirdi. Amma müdafiədə boşluq verməyən “qırmızı-ağlar” qələbə hesabını qorumağı bacardı. Yeni vəzifədə ilk qələbəyə sevinən Baxşıyevə “Zirə”nin avrokubok iddiasına ciddi zərbə vurdu.

Gözdən qaçmadı
* “Sektor-85” tribunada yox idi. “Qartallar” isə sona qədər “Zirə”yə dəstək oldu.
* Elmar Baxşıyev 26-cı dəqiqədə hakimə topun “Zirə”nin oyunçusunun əlinə dəydiyini dedi. 4-cü hakim “biz görmədik” cavabını verdi. 50-ci dəqiqədə isə hakim topun “Araz-Naxçıvan”ın oyunçusunun əlinə dəydiyini bildirərək cərimə zərbəsi təyin etdi. Baxşıyev bu qərara da etiraz etdi: “Üzünə dəyib, nə cərimə, niyə sakit qalım…”

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla