AZ

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

Naxçıvan, 30 aprel, AZƏRTAC

Aprelin 30-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə aprel ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin və tələbə-gənclərin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan televiziyasının doğum günü aprel ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən 26 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretləri ilə səhnəyə çıxıblar.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək qeyd edib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz 2020-ci ildə düşməni məhv edərək Qarabağ Zəfəri salnaməsini yazdı: “Prezident İlham Əliyevin apardığı ardıcıl və dəqiq siyasət nəticəsində ötən il suverenliyimiz tam təmin olundu. Artıq Şuşada, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərimizdə sürətli və geniş quruculuq işləri görülür, yeni binalar inşa edilir, park və xiyabanlar salınır, erməni xislətinin qurbanı olmuş tarixi abidələrimiz bərpa olunur. Bir sözlə, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün bunları qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq”.

Fuad Nəcəfli bildirib ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin şəhid ailələrinə diqqət və qayğısı Naxçıvan Muxtar Respublikasında da əsas sosial istiqamət kimi diqqətdə saxlanılır. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Xalqımız və dövlətimiz Vətən oğullarının qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, şəhidlərin xatirəsini daim yad edəcək.

Tədbirdə şəhid Ülvi Hüseynovun atası Möhsün Hüseynov, şəhid İslam Eyvazovun anası Aytən Eyvazova və şəhid Ələddin Dünyamalıyevin qızı Sevda Cəfərova şəhidlik məqamının ucalığından bəhs edib, əzizlərinin xatirəsinin uca tutulmasına görə minnətdarlıqlarını bildiriblər.

Sonda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorlarının hazırladığı “Yağış yağır Şuşaya” adlı bədii kompozisiya təqdim olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22568
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12370
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
7521
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5510
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5411
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3872
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3513
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3344
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3202
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2973
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2920
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2694
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2500
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2409
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2059
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2024