AZ

Avropanı mat qoyan qız - Çempion olan Azərbaycanın ilk qadın şahmatçısının müəllimi danışdıVİDEO

"O həmişə yaşıdlarından fərqlənib. Biz onun böyük uğurlara imza atacağına həmişə inanmışıq".

Xezerxeber.az-ın məlumatına görə, bunu Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşən Ülviyyə Fətəliyevanın müəllimi, məşqçisi Şaiq Quliyev dedi.

Ölkədə olmadığı üçün Ülviyyənin özü ilə həmsöhbət ola bilməsək də, onunla bağlı maraqlı məlumatları bizə müəllimi açıqlayıb. Otağa girəndə ilk diqqətimizi çəkən Ülviyyənin fotosu oldu. Müəllimi örnək tələbə kimi şahmat otağında məhz onun şəklini qoymuşdu...

Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyevanın karyerasında böyük rolu olan məşqçisi Şaiq Quliyev deyir ki, qadınlar arasında beynəlxalq qrosmeyster Ülviyyə Fətəliyeva şahmata 7 yaşında başlayıb. Ona bu yolda valideynlərinin xüsusi dəstəyi olub.

Məşqçinin sözlərinə görə, çox çəkməyib ki, çəkilən zəhmətlər öz bəhrəsini verməyə başlayıb. Ülviyyə ard-arda uğurlar qazanıb.

Müəllimin fikrincə, şübhə yox idi ki, bu uğurların ardı gələcək. Sonuncu qələbəsi isə Ülviyyə Fətəliyevanı bütün Azərbaycana tanıdıb.

Biz isə Ülviyyənin timsalında bütün Azərbaycan qadınlarını təbrik edirik. Azərbaycan xanımları bütün sahələrdə uğur qazana bilər. Ülviyyə qələbəsi ilə bunu bir daha sübut etmiş oldu. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla