AZ

Zirədə gözlənilməz məğlubiyyət - "gümüş" mübarizəsi davam edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Dünən Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu. "Zirə" "Araz-Naxçıvan"a (0:1) məğlub oldu. Hazırda komanda 49 xalla 4-cü pillədə qərarlaşıb. İkinci yerdə olan "Sumqayıt" və "Neftçi"nin isə 50 xalı var.

Bu tura qədər turnir cədvəlində ikinci olan qəsəbə təmsilçisi qələbə qazanaraq yerini möhkəmləndirmək niyyətində idi. Mümkün xal itkisi Rəşad Sadıqovun komandasını ilk "3-lük"dən kənarda saxlaya bilərdi. Sadıqovun qorxduğu başına gəldi. Ötən tur "Neftçi"ni 10 nəfərlə məğlub edən qəsəbə təmsilçisi sanki bu matçda özgüvənən sarıdan əziyyət çəkirdi. Futbolçularda müəyyən mənada bəzi hallarda inamsızlıq hiss olunurdu. İlk hissədə bir neçə epioddan yararlana bilməyən "Zirə"lilərin qapısı önündə təhlükəli vəziyyət demək olar ki, olmurdu. Müdafiədə diqqətli olmağa çalışan Elmar Baxşıyevin yetirmələrinin əsas məqsədi bir xal əldə etmək, imkan düşdükdə isə qələbə qazanmaq idi. İlk hissə başladığı kimi də bitdi.

İkinci hissədə də mövsüm ərzində öyrəşdiyimiz ənənəvi "Zirə" oyununa şahidlik edirdik. 32 tur ərzində cəmi 29 dəfə rəqib qapısına yol tapmağı bacaran qəsəbə təmsilçi bu oyunda da qol vurmaqda çətinlik çəkirdi. Matçın 65-ci dəqiqəsində rəqib komandanın qapıçısı Kristian Avramın səhvindən sonra Utziq "Araz-Naxçıvan"ın qapısına yol tapmağı bacardı. Lakin hücumun əvvəlində ofsayd olduğu üçün qol hesaba alınmadı. Yuxarıdada qeyd olunduğu kimi, daha çox müdafiəyə diqqət yetirən Muxtar Respublika təmsilçisi əsasən ümidini standart vəziyyətlərə və əks-hücumlara bağlamışdı. Bu taktikada öz işinə yaradı. Görüşün 89-cu dəqiqəsində künc zərbəsindən sonra İqor Ribeyro hesabı açdı. Bu, oyunda yaddaqalan son epiozod oldu. Beləlikdə, "Araz-Naxçıvan" Elmar Baxşıyevin rəhbərliyi altında ilk qolunu vurdu və qələbəsini qazandı. "Zirə" isə məğlubiyyət nəticəsində 4-cü yerə yuvarlandı.

Bu məğlubiyyət Rəşad Sadıqov və komandası üçün gözlənilməz oldu. "Zirə" növbəti turda Tovuz səfərinə, daha sonra isə "Qarabağ"ı qəbul edəcək. Hər iki matç Sadıqovun kollektivi üçün həlledici ola bilər. Mütəxəssis bu dəfə də məğlubiyyətdən sonra hakimlikdən gileyləndi. Referilərin qərarları oyunun nəticəsinə təsir edə bilər, lakin futbolçular əllərinə düşən yüz faizlik epiozdları sağa-sola xərcləyirsə, ölcəliklə günahı özündə görməlisən. Xülasə, mövsüm bitir, lakin indidən bir şeyi dəqiqə demək olar: Rəşad Sadıqov bu mövsüm hakimlikdən gileylənməyi ilə, komandası isə az qol vurması ilə yadda qalacaq.

Məlik Məlikov
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla