Ukraynanın Nazirlər Kabineti pilotsuz təyyarələrin alınması üçün əlavə 392 milyon dollar ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasından sonra Teleqram kanalında yazıb.
“Bu gün Təhlükəsizlik və Müdafiə Qüvvələrimizə ayrılan vəsait hesabına 300 min pilotsuz uçuş aparatı veriləcək”, - məlumatda deyilir.
Qeyd edək ki, hökumət bu il pilotsuz təyyarələrin alınması üçün 1 milyard dollardan çox vəsait ayırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.