AZ

Polşa NATO-nun nüvə silahına ev sahibliyi etmək üçün müraciət edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

...Polşa NATO-nun nüvə silahlarının yerləşdirilməsi üçün rəsmi müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin milli müdafiə nazirinin müavini Pavel Zalevski bildirib. Qeyd edək ki, söhbət Nüvə mübadiləsi proqramında iştirak üçün müraciətdən gedir.

...Və xatırladaq ki, əvvəllər ona Belçika, İtaliya və Almaniya qoşulmuşdu.

...Polşa da bu proqramda iştirak etməyə hazır olduğunu bəyan edib. Və bu bəyanat geri alınmayıb.

Zalevski qeyd edib.

Eyni zamanda, o xatırladıb ki, nüvə silahının Polşada yerləşdiriləcəyi təqdirdə istifadəsinə dair qərarı amerikalılar verəcək.

...Bundan əvvəl Polşa prezidenti Anjey Duda NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün ölkə ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, o, Vaşinqtona səfəri zamanı bu mövzunu müzakirə edib. Duda belə bir tədbirə ehtiyacı Kalininqrad vilayətinin “militarlaşması” və Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə izah edib.

Nazlı

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla