AZ

Bakıda Polşanın Konstitutsiya günü qeyd olunub

Bakıda Polşanın Konstitutsiya günü qeyd olunub.

APA xəbər verir ki, tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski çıxış edib. Diplomat günün əhəmiyyətinə toxunub: "Dünyadakı bütün polyaklar üçün xüsusi gündə - 3 may 1791-ci il Konstitusiyasının qəbulunun ildönümündə bizə qoşulduğunuz üçün çox sağ olun. 233 il əvvəl dövlət sistemini tənzimləyən Avropanın ilk müasir əsas qanunu - Konstitusiya Varşavadakı Kral Sarayında birləşmiş Polşa Krallığının və Böyük Litva Knyazlığının parlamenti tərəfindən qəbul edilib. Konstitusiya Birliyin yeni hakimiyyət sistemini elan etdi və dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bu ölkədə yaşayan bir çox millətlərin azadlıq və hüquqlarını təsdiq etdi. Bu fundamental hüquqi akt dövlətin islahatı və modernləşdirilməsi, hakimiyyətlə vətəndaşlar arasında münasibətlərin tənzimlənməsi üçün böyük səy idi", səfir deyib.

Səfir qeyd edib ki, 1918-ci ildə siyasi müstəqillik əldə etdikdən dərhal sonra həm Polşa, həm də Azərbaycan bütün vətəndaşları üçün fundamental azadlıqlara və bərabər demokratik hüquqlara əsaslanan konstitusiyalar qəbul etdilər: “Həmin seçimlər 1990-cı ildə polyaklar və azərbaycanlılar tərəfindən kommunist mirasından qurtularkən də təkrarlandı. Bu, XX əsrin əvvəllərində və son üç onillikdə yaxşı və fəal Polşa-Azərbaycan əməkdaşlığının əsaslarını yaratdı. Bu gün biz bu əlaqələri artıq nəzərəçarpan nəticələr verən və davam edən layihələrlə genişləndirməkdən məmnunuq".

Diplomat xatırladıb ki, ötən ilin sonunda Polşada yeni hökumət yaradılıb: "Xarici işlər naziri vəzifəsinin icrasına başladıqdan az sonra nazir Radoslav Şikorski azərbaycanlı həmkarı nazir Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Nazirlər əməkdaşlıq planlarını müzakirə edib, müvafiq olaraq paytaxtlarımıza səfər edilməsi müzakirə olunub və həmçinin Polşa-Azərbaycan əməkdaşlığı müzakirə mövzusu olub. Ötən həftə Polşa parlamenti qarşısında çıxış edən nazir Şikorski Cənubi Qafqaz multimodal nəqliyyat dəhlizlərinin inkişafını ikitərəfli və beynəlxalq əməkdaşlığın mühüm amili kimi qeyd edib. Şərq Tərəfdaşlığı proqramı və Aİ-nın Qonşuluq Siyasəti də bütün iştirakçı tərəfdaşların xeyrinə təhlükəsizlik və rifah sferasını genişləndirmək üçün vasitələr kimi vurğulanıb".

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev də çıxış edib. Nazir müavini iki ölkə arasında əlaqlərə toxunaraq onun tarixi köklərə söykəndiyini deyib.

Nazir müavini vurğulayıb ki, münasibətlər yüksək səviyyədədir, ölkələr arasında davamlı siyasi dialoq var.

Fariz Rzayev qarşılıqlı yüksək səviyyəli səfərlərə və hökumətlərarası komissyanın fəaliyyətinə toxunaraq bunun münasibətlərin dərinləşməsinə töhfə verdiyini vurğulayıb: "Əminəm ki, xalqlarımızın rifahı naminə münasibətlərimiz birgə səylər nəticəsində daha da genişlənəcək".

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24044
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13428
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11086
Helikopter qəzası ilə bağlı yeni xəbər
7067
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5737
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5554
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5105
Rəisi öldü, Pakistanda matəm elan edildi
4963
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3929
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3752
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3642
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3513
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3082
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3057
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2770
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543