AZ

Polşa səfiri: Azərbaycanla əlaqələrimizi dərinləşdirməkdən məmnunuq

Azərbaycanla əlaqələrimizi nəzərəçarpan səviyyədə dərinləşdirməkdən məmnunuq.

APA xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşanın Konstitusiya gününə həsr olunmuş tədbirdə deyib.

Qeyd olunub ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Polşanın Azərbaycana ümumi ixracı 36%, ərzaq məhsulları üzrə isə təxminən 50% artıb: “Keçən il Polşaya 2022-ci ilə nisbətən 30% çox azərbaycanlı səfər edib və biz bu müddət ərzində tələbə vizası müraciətlərində 32% artım müşahidə etmişik. Azərbaycanda biznes imkanları axtaran Polyak sahibkarların marağının artdığını müşahidə edirik. Keçən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla