AZ

Bayıl parkında qanunsuz tikilinin söküntüsünə başlanıldı - FOTO

Bir neçə il öncə abadlaşdırılan Bayıl parkında yerləşən kafedə qanunsuz tikinti aşkarlanıb. Belə ki, kafenin ikinci mərtəbəsinin tikintisinə başlanılıb.

Məsələ ilə bağlı Avtosfer.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məlumat verilib.

Bildirilib ki, qurumun əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi 4C ünvanında (Səbail parkının yerləşdiyi ərazidə) əvvəllər mövcud olan konstruksiyaya qanunsuz olaraq əlavə artırılmaların edilməsi müəyyən olunub.

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 30 aprel 2024-cü il tarixində Baş İdarə və aidiyyəti qurumlarla birlikdə özbaşına tikilinin söküntüsünə başlanılıb.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla