AZ

Fransa səfiri Bakıya niyə qayıtdı? -ŞƏRH

“Səfirin Azərbaycana geri dönməsi Parisin Bakıya təzyiqlərinin iflasını göstərir”.

NOCOMMENT.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Fransanın Bakıdakı səfiri Ann Buayonun Azərbaycana qayıdaraq, diplomatik fəaliyyətini davam etdirməsini şərh edərkən deyib.

Elşad Musayev bildirib ki, Fransa ermənilərdən çox ermənilik edir:

“Bu ölkə Azərbaycana qarşı birbaşa düşmənçilik siyasəti həyata keçirir. Başda Emmanuel Makron olmaqla Fransa hökuməti dəfələrlə müxtəlif üsullarla Azərbaycana qarşı təzyiq edir. Fransanın Bakıdakı səfirinin geri çağırılması da məhz təzyiq üsullarından biri idi”.

Siyasətçi bildirib ki, Fransa bu təzyiqin nəticə vermədiyini, əksinə öz ziyanına işlədiyini görüncə səfirliyin fəaliyyətini yenidən bərpa etməli oldu. Partiya sədri qeyd edir ki, Fransa prezidenti sadəcə olaraq yalan uydurmaq, başqalarını şərləməkdən başqa heç nə bacarmır:

“Azərbaycan isə kiçik ölkə olmasına baxmayaraq, daha böyük düşünməyi bacardı, daha təmkinli davrandı. Bakı müvəqqəti də olsa Parisə cavab olaraq buradakı səfirini geri çağırmadı. Bunun özü Azərbaycanın həmin istiqamətdə yürütdüyü siyasətinin doğru olduğunu deməyə əsas verir. Makron isə səfiri yenidən Bakıya geri qaytarmaqla bir daha biabır oldu. Paris gördü ki, səfiri geri çağırmaqla heç nəyə nail olmadı. Əksinə, Makronun bu addımı onun özünün nüfuzuna zərbə vurdu. Onun bacarıqsız siyasətçi olduğunu ortaya qoydu. Hazırda Bakı ilə İrəvan arasında münasibətlər vasitəçilərsiz öz həllini tapır. Fransa da bu fonda pis vəziyyətdə qaldı”.

Qeyd edək ki, mətbuatın yazdığına görə, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. Fransanın Azərbaycandakı səfiri aprelin 16-da Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılmışdı.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla