AZ

“Şumerlərin izi ilə” - elmi seminar

Bakı, 30 aprel, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva

seminarda şumerlərin mədəniyyəti haqqında məruzə ilə çıxış edib. O, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla