AZ

“Milan” 2-ci yeri tutmaq şansını artırdı - TURUN ŞƏRHİ

A seriyasının 34-cü turunda bir sıra matçların nəticəsi
maraq doğururdu.


“Football-plus.az” xəbər verir ki, şübhəsiz əsas diqqət şənbə günü Turində keçirilən oyuna yönəlmişdi.
Əvvəlki turda Milan derbisində əzəli rəqibini 2:1 hesabıyla məğlub edərək 20-ci skudettonu rəsmiləşdirən “İnter” yeni çempion kimi keçirdiyi ilk matçda “Torino”ya qalib gəldi. Turinlilər ilk hissədə qapısını toxunulmaz saxlamağa müvəffəq olsalar da, 49-cu dəqiqədə Tamezin birbaşa qırmızı vərəqə almasından sonra daha çox çətinə düşdülər. Çalhanoğlunun 4 dəqiqəyə vurduğu iki qol milanlıların qələbəsini təmin etdi.

Mövsümün həlledici mərhələsində heç də yaxşı təsir bağışlamayan “Yuventus” və “Milan” arasındakı rəqabət 2-ci yeri kimin tutacağına aydınlıq gətirməli idi. İlk hissədə rəqiblər, demək olar ki, passif oyunla bir-birinə çətinlik yaratmadılar. Fasilədən sonra isə üstünlük turinlilərin tərəfinə keçdi. Amma ev sahibləri əsasən müdafiəni düşünən milanlıların qapısına yol tapa bilmədilər. Bunda isə zədəli Menyanı əvəzləyən Sportyellonun bir neçə seyvi rol oynadı. “Milan” ilk dövrədəki minimal hesablı məğlubiyyətin əvəzini “Yuventus”dan çıxa bilmədi. Amma qolsuz heç-heçə Stefano Pyolinin komandasının mövsümü vitse-çempion kimi başa vurmaq şansını artırdı.

Turun Bolonya və Neapolda baş tutan matçlarında da qalib müəyyənləşmədi. Evdə “Udineze” ilə 1:1-lik “sülh”ə razılaşan “Bolonya” Çempionlar Liqasına (ÇL) vəsiqə verən 4-cü yerdə qaldı. Səfərdə “Napoli” ilə daha məhsuldar heç-heçəyə (2:2) nail olan “Roma” da “ÇL zonası”ndakı yerini qorudu.

Gözlənildiyi kimi, “Salernitana”nın mövsümün ilk uğursuzu oldu. Finişə 4 tur qalmış bu komandanın B seriyasına yollanacağı rəsmiləşdi.

34-cü tur
Yuventus – Milan 0:0
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Kyeza, 62), Lokatelli, Rabyo, Kambyaso, Vea (Makkenni, 71), Yıldız (Miretti, 82), Vlahoviç (Milik, 62).
Milan: Sportyello, Florentsi, Tiav, Qabbya, Musa (Bertezaqi, 80), Adli (Bennaser, 63), Reynders, Loftus-Çik (Zeroli, 82), Pulişiç (Çukvueze, 83), Leao, Jiru (Okafor, 83),
Latsio – Verona 1:0
Zakkanyi, 72.
Latsio: Mandas, Kazale (Pedro, 60), Patrik, Romanyoli, Maruşiç, Luis Alberto (Hüsay, 76), Kamada, Genduzi, İsaksen (Zakkanyi, 60), Felipe Anderson (Vesino, 87), Kastelyanos (İmmobile, 87).
İnter – Torino 2:0
Çalhanoğlu, 56; 60-p.
İnter: Zommer, A.Bastoni (Byukenen, 71), De Vrey, Pavar, Darmian, Auqusto, Barella (Arnautoviç, 72), Mxitaryan (Frattezi, 63), Çalhanoğlu (Asllani, 63), Türam (Sançes, 63), Lautaro Martines.
Bolonya – Udineze 1:1
Salemakers, 78 – Payero, 45+1.
Bolonya: Skorupski, Lukumi, Kalafyori (De Silvestri, 80), Beukema, Poş (Kristiansen, 80), Əl-Azzuzi (Urbanski, 77), Fröyler, Ebişer, Salemakers, Ndoye (Fabbian, 80), Zirkzee (Kastro, 69).
Napoli – Roma 2:2
Olivera, 65. Osimhen, 84-p. – Dibala, 59-p. Abraham, 89.
Napoli: Meret, Olivera, Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka, Kayuste (Traore, 69/Estiqor, 88), Zambo Angissa, Kvaratsxeliya (Raspadori, 86), Politano (Nqonq, 70), Osimhen.
Roma: Svilar, Spinatsola, Ndika, Mançini, Kristensen, Lorentso Pelleqrini, Kristante (Baldantsi, 86), Bove (Sanşeş, 69), Əl-Şaaravi (Anxelinyo, 61), Dibala, Azmun (Abraham, 69).
Atalanta – Empoli 2:0
Paşaliç, 42-p. Lukman, 51.
Atalanta: Karnesekki, Cimşiti (Kolaşinats, 57), Skalvini, Hin, Rucceri (Hatebur, 57), De Roon (Ederson, 57), Paşaliç, Zappakosta, Lukman (De Ketelare, 87), Mirançuk (Koopmeyners, 73), Ture.
Fiorentina – Sassuolo 5:1
Sottil, 17. Lukas Martines, 54. Qonsales, 58; 66. Barak, 62 – Torstvedt, 57. Frozinone – Salernitana 3:0
Sule, 10-p. Breşianini, 25. Zortea, 85.
Leççe – Montsa 1:1
Krstoviç, 90+2 – Pessina, 90+6.
Cenoa – Kalyari 3:0
Torsbyu, 17. Frendrup, 27. Qudmundsson, 63.
1. İnter 34 28 5 1 81-18 89
2. Milan 34 21 7 6 64-39 70
3. Yuventus 34 18 11 5 47-26 65
4. Bolonya 34 17 12 5 49-27 63
5. Roma 34 17 8 9 61-41 59
6. Atalanta 33 17 6 10 61-37 57
7. Latsio 34 17 4 13 43-35 55
8. Fiorentina 33 14 8 11 50-37 50
9. Napoli 34 13 11 10 52-43 50
10. Torino 34 11 13 10 31-31 46
11. Montsa 34 11 11 12 36-44 44
12. Cenoa 34 10 12 12 38-40 42
13. Leççe 34 8 12 14 31-49 36
14. Kalyari 34 7 11 16 36-59 32
15. Verona 34 7 10 17 31-45 31
16. Frozinone 34 7 10 17 43-63 31
17. Empoli 34 8 7 19 26-50 31
18. Udineze 34 4 17 13 32-51 29
19. Sassuolo 34 6 8 20 40-70 26
20. Salernitana 34 2 9 23 26-73 15
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 16, Osimhen (Napoli), Qudmundsson (Cenoa) - 14.
Növbəti turun oyunları mayın 3-6-sı aralığında keçiriləcək: Torino – Bolonya, Montsa - Latsio, Sassuolo – İnter, Kalyari – Leççe, Empoli – Frozinone, Verona – Fiorentina, Milan - Cenoa, Roma – Yuventus, Salernitana - Atalanta, Udineze – Napoli.

Turun rəqəmi
0 - “Milan” “Yuventus”a nəinki qol vura, hətta oyun ərzində rəqib qapısına bir dəqiq zərbə belə endirə bilmədi.

Turun ulduzu
Rikkardo Sottil (Fiorentina) – italiyalı yarımmüdafiəçi bu mövsüm ən yaxşı oyununu “Sassuolo”ya qarşı keçirdi. Hesabı açan 24 yaşlı Rikkardo 5:1 hesablı qələbədə iki məhsuldar ötürmə ilə də rol oynadı.

Turun sitatı
Stefano Pyoli, “Milan”ın baş məşqçisi:
“Hazırda çətin dövrümüzü yaşayırıq. Belə vəziyyətdə cədvəldə bizə yaxınlaşmağa çalışan rəqibə qarşı böyük istəklə və fədakarcasına mübarizə aparmaq məndə xoş hisslər oyatdı. Stadionda qəribə atmosfer vardı. Azarkeşlərimiz bizə dəstək vermirdilər. Buna baxmayaraq, komanda qənaətbəxş nəticə üçün sona qədər çarpışdı. Biz qırmızı və qara rəngli futbolkanı qorumalıyıq. Dünyanın dörd bir yanında fanatlarmız var. Biz daim uğur qazanmalıyıq. Özümüz, klub və milyonlarla tərəfdaşımız qarşısında borcumuz var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla