AZ

İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib - Qazaxıstan XİN

Bakı. Trend:

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasındaQazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələmüəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.

Trend xəbər verir ki, bubarədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek BakaevMərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə Ərəb İqtisadiƏməkdaşlıq Forumunun 3-cü iclası çərçivəsində jurnalistlərədeyib.

"Bu ölkələr - Ermənistan və Azərbaycan mənim yurisdiksiyamaltında deyil, lakin bildiyimə görə, iştirakçılardan cavabverilmədiyi üçün görüşün tarixi hələ müəyyən edilməyib. Ermənistanhələlik razılıq verməyib, amma ümid edirik ki, bu danışıqlar baştutacaq", - o deyib.

Bundan əvvəl, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsiSmadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətəndə Almatıda belə danışıqlar planlaşdırılır və Qazaxıstan tərəfihazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxlayır.Eyni zamanda, onun sözlərinə görə, danışıqların yalnız bu iki tərəfarasında aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Qazaxıstan İrəvan vəBakıya bu danışıqlar üçün platforma olmağı təklif edib, onunQarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cıillərindən məlumdur.

Seçilən
60
7
Mənbələr
Şərh ()
Bağla