AZ

FIDE reytinqi: Şəhriyar gerilədi, Teymur isə…

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun FIDE reytinqindəki yeni mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Ali şahmat qurumunun rəsmi saytında açıqlanmış siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Bir pillə geriləyən kişilərdən ibarət millimizin lideri 2734 reytinq xalı ilə 18-cidir.

Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.

İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb.

Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir. Amerika Birləşmiş Ştatlarını təmsil edən Fabiano Karuana 2805 xalla 2-ci, Hikaru Nakamura isə 2795 xalla 3-cü sırada qərarlaşıb.

Azərbaycanın qadın şahmatçılarından ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. Günay 2436 xalla 35-ci sırada qərarlaşıb. Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb.

Qadınlar arasında lider Yifan Houdur (2633, Çin). Elə sonrakı iki pilləni də Çin təmsilçiləri tutublar – Ji Venyun (2560) və Ley Tinqjie (2548).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
11
Mənbələr
Şərh ()
Bağla