Göygöldə minik maşını maneəyə çırpılıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.