AZ

Mbappe Olimpiya oyunlarında iştirak edəcək?

Fransa milli komandasının üzvü Kilian Mbappenin atası Vilfrid oğlunun Paris Olimpiya oyunlarında iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Msport.az RMC Sport-a istinadən xəbər verir ki, futbolçu gənclər yığmasının heyətində Paris-2024-də oynaya bilər:

“Mən bilmirəm, nə baş verəcək. Ona görə ki, qərarı yalnız biz vermirik. Lakin nə olur, olsun, Mbappe bundan zövq alacaq. Çünki Olimpiada Parisdə olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl “Real”ın hücumçunu Olimpiya oyunlarına buraxmayacağı barədə xəəbər yayılmışdı. Mbappenin yayda Madrid klubuna keçəcəyi gözlənilir.  “Real” rəhbərliyi istəyir ki, Mbappe Avro-2024-dən sonra keçiriləcək yeni mövsüm öncəsi turnirə qədər istirahət edə bilsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla