AZ

Fransada inflyasiya gözləniləndən yüksək olub

Fransada apreldə inflyasiya illik ifadədə 2,4% artıb. Analitiklər istehlak qiymətlərinin artımının 2,2%-ə qədər yavaşlamasını gözləyirdilər. 

Valyuta.az xəbər verir ki, bu barədə "İnterfaks" İnsee Milli Statistika İdarəsinin ilkin məlumatlarına istinadən yazır.

Bununla belə, avrozonanın ikinci ən böyük iqtisadiyyatında inflyasiya ardıcıl ikinci aydır ki, 2021-ci ilin avqustundan bəri ən aşağı səviyyədə qalıb. Üstəlik, ölkədə istehlak qiymətlərinin artım tempi 2024-cü ilin əvvəlindən yavaşlayır. Belə ki, fevralda artım 3,1%, yanvarda 3,4% olub.

Fransanın baş naziri Qabriel Attal xəbərdarlıq edib ki, potensial nəticələrə ərzaq inflyasiyası və immiqrasiya daxildir.

Paşa Məmmədli

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla