AZ

Siqaret reklamına əməl olunurmu?

Qanunvericilikdə Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunub, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilib.

Əksər hallarda bu qadağa əməl edilmir, ictimai yerlərdə  aşkar siqaretin reklamı aparılır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, tütün məmulatlarının, siqaretlərin tək-tək satışı qadağandır. Lakin əksər hallarda bunun əksi müşahidə olunur: 

“Bütün dünyada tütün əleyhinə mübarizə aparıldığı bir vaxtda Azərbaycanda elektron siqaretlər dəbə minib. Ölkəmizdə geniş yayılan və hər yerdə guya siqaretdən asılılığın qarşısını aldığı deyilən “elektron siqaret”lərin reklamı aparılır. Hansı ki, “elektron siqaret”in tərkibində də insana zərərli olan maddələr, məsələn nikotin var. Buna baxmayaraq, “elektron siqaret”i ölkəmizə gətirənlər vəziyyətdən istifadə edib satışını aparırlar”.

Sevinc

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla