AZ

LDU- da maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə LDU- da" Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tələbə və gənclərin iştirak etdiyi tədbir" Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025- ci illər üzrə Strategiya ” nın 2023-2025- ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi, dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə gənclərin maarifləndirməsi və onların dövlət qulluğuna marağının artırılması məqsədilə keçirilib.

 

Lənkəran Dövlət Universitetinin Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dosent Ramiz Şəmmədov maarifləndirmə tədbirinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu tədbir gənclərin dövlət qulluğuna marağının artırılmasına və onların uğurlu karyera qurmalarına dəstəkdir.

 

Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin sektor müdiri Ağahüseyn hüseynov nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda dövlət qulluğu vəzifələri və həmin vəzifələrin tutulması şərtləri, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən gənclərin dövlət qulluğuna qəbulu istiqamətində görülən işlər barədə məlumat verib. Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

 

Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin sektor müdiri Şahmar Tağıyev gənclərin dövlət qulluğuna marağının artırılmasının gənc nəslin qüvvəsini, bilik və bacarığını dövlət quruculuğuna yönəldilməsində əhəmiyyətini vurğulayıb. 

 

Tədbirdə tələbə və gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və maarifləndirici çap materialları paylanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla