AZ

Xaçmazın Bayoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarınınməsul şəxslərinin itirakı ilə Bayoba kəndində səyyar qəbulkeçirib.

Trend xəbər verir ki, QəbuldaHacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olanBayoba, Hacıəlibəy, Ağyazı Buduq, Suxtalaqışlaq kəndlərinin və Arzuqəsəbəsinin sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquqmühafizə orqanlarının rəhbərləri əvvəlcə Bayoba kəndində ŞəhidlərAbidə-Bulaq kompleksini ziyarət edib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib.Sakinlər elektrik təsərrüfatının yenilənməsi, fərdi yaşayış evininqazlaşdırılması, suvarma suyu ilə təchizatı yaxşılaşdırılması vədigər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəBirinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarınıifadə ediblər.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla