AZ

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

Londonda

London, 30 aprel, AZƏRTAC

Londonun şərqində, Heinult adlanan bölgədə qılıncla silahlanmış şəxs insanlara hücum edib.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində ikisi polis olmaqla ümumilikdə 4 nəfər yaralanıb. 14 yaşlı yeniyetmə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Polisin məlumatına görə, qılıncla hücum edən 36 yaşlı şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır. Hücumun terror aktı olduğu ehtimal edilmir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla