Nazir Netanyahunun Rəfaha hücum planlarını açıqladı
Benyamin Netanyahu ona fələstinlilərin sığındığı Rəfaha qurudan hücum ediləcəyini vəd edib. Bu bəyanatla ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir çıxış edib. Manset.az-ın məlumatına görə, Ben-Qvir X sosial media platformasındakı paylaşımında Netanyahu ilə onun xahişi ilə Rəfaha gözlənilən hücumla bağlı görüşdüyünü bildirib. Ben-Qvir qeyd edib ki, Netanyahuya Rəfaha qurudan hücumun zəruriliyi ilə bağlı xəbərdarlıq edib və baş nazirin İsrailin Rəfaha girəcəyi və davam edən Qəzzaya hücumlarının bitməyəcəyinə söz verdiyini bildirib. Ben-Qvir Netanyahunun Rəfaha qurudan hücum olacağı ilə bağlı açıqlamalarını alqışladığını bildirib. Jalə