AZ

“Levandovskinin gələcəyi haqqında danışmayacam, bu, heç nəyi dəyişməyəcək"

“Barselona”nın baş məşqçisi Xavi hücumçu Robert Levandovskinin klubdakı gələcəyini müzakirə etmək istəmədiyini bildirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunları deyib:

“Levandovskinin gələcəyi haqqında danışmayacam, bu, heç nəyi dəyişməyəcək. Mən onun üçün çox xoşbəxtəm. Onun istəyi, xarakteri və cəsarəti var”.

Daha əvvəl 35 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatına göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb. Polşalı forvard özü isə yay transfer pəncərəsi zamanı klubu tərk etmək fikrində olmadığını bildirib.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla