AZ

Co Baydenin yaddaş problemini lağa qoydular,  İlon Mask GÜLDÜ

Amerikalı sahibkar və iş adamı İlon Mask X sosial şəbəkəsində ABŞ prezidenti Co Baydenin yaddaş problemlərinə lağ edən fotoya reaksiya verib.

 

Sfera.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri Amerika prezidentinin başının “Matrix” filmindəki Morfey obrazının bədəninə fotoşopla qoyulduğu şəkil paylaşıb. Şəklə isə belə bir başlıq yazılıb: “Sənə dediklərimi unutduğumu desəm, nə olacaq?”. Bu paylaşıma Mask gülüş işarəsi qoyub.

 

Qeyd edək ki, Bloomberg Milyarderlər İndeksinə əsasən, Maskın sərvəti son beş gündə 37,3 milyard dollar artıb .

 

Aprelin 27-də İlon Mask prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Kiyevin Rusiya Federasiyası ilə münaqişədə qələbəsinin mümkünlüyü barədə bəyanatını şərh edərək , “”bu qələbə” nəyə lazımdır?” sualını verib.

 

Aprelin 25-də Mask yazıb ki, Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla